Xəbər - Elçin Mehdiyev – Trend:
Milli Məclisdə “Media haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
AzerTimes-ın məlumatına görə, qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Layihə 9 fəsil, 78 maddədən ibarətdir.
Müzakirələr zamanı deputatlar müxtəlif fikir və rəylərini bildiriblər.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.