“Media haqqında” yeni Qanun kimlərin işinə yaramır? Reketlərin, yoxsa təsadüfi “jurnalist”lərin?

Xəbər - Humay Ağacanova – Trend:

Artıq “Media haqqında” Qanun layihəsi ilə tam tanışıq və belə bir qənaətə gəlmək olar ki, yeni Qanun olduqca mükəmməl hazırlanıb. Son illər Azərbaycanın qanunvericilik bazası tamamilə yenilənib və dünya standartlarına uyğunlaşdırılıb.

Bunu Trend-ə açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktor müavini Sahil Kərimli bildirib.

S.Kərimli qeyd edib ki, mətbuat sahəsini tənzimləyən Qanun 90-cı illərin sonlarında qəbul edilmişdi, bu günün reallıqları ilə ayaqlaşmırdı. Odur ki, çoxdan bu yeniliyə böyük ehtiyac var idi.

“Hesab edirəm ki, “Media haqqında” Qanun mütərəqqidir, qənaətbəxşdir. Yeni Qanun Azərbaycan mətbuatının gələcək inkişafı üçün çox əhəmiyyətli sənəddir. Azərbaycan hqüuqi dövlətdir, biz durmadan müasir dünyaya inteqrasiya edirik. Belə olan halda dördüncü hakimiyyt hesab edilən mətbuat sektorumuz da yenilənməli, inkişaf etməli, ölkəmizin müasirləşməsi ilə ayaqlaşmalıdır. Bunun üçün isə yeni Qanuna ehtiyac var idi. Hazırda müzakirə olunan və tezliklə qəbul ediləcək layihə peşəkar medianın maraqlarına tam cavab verir”,- deyə o qeyd edib.


S.Kərimli əlavə edib ki,bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, son günlər bəzi dırnağarası ekspertlər, özünü ağıllı bilən, əslində isə yeni Qanun layihəsindən heç xəbəri olmayan insanlar layihəni gözdən salmağa çalışırlar. Bu uğursuz cəhdlər başa düşüləndir.

“Çünki Azərbaycanın inkişafını qəbul edə bilməyən xarici dairələrdən təlimat alan bu qüvvələr əvvəlki çirkin fəaliyyətlərini davam etdirilər. Xüsusilə də əksər qərb dairələri Azərbaycanın tarixi Qarabağ Zəfərini hələ də həzm edə bilmir, hər addımda ölkəmizin uğurlarına kölgə salmaq istəyir. Odur ki, olduqca mütərəqqi və demək olar ki, hər bəndi müasir dünya reallıqlarına, beynəlxalq konvensiyalara əsaslanan “Media haqqında” Qanun layihəsi bir qrup boşboğaz tərəfindən hədəfə alınıb. Digər tərəfdən isə yeni layihə ölkədə reket jurnalistikası ilə məşğul olanların, mətbuatı xaos və özbaşınalığa sürükləmək istəyən qüvvələrin işinə yaramır. Aydın məsələdir ki, yeni Qanun media sahəsində nizam-tnizamın, peşəkarlığın yaranmasında mühim rol oynayacaq. Mətbuatımızda hökm sürən özbaşınalq aradan qalxacaq, jurnalistikamız təsüdüfi insanlardan təmizlənəcək. Biz tam əminik ki, Azərbaycan dövlətinin və xalqının mənafeyini düşünən, sözü və qələmi ilə tanınan hər bir peşəkar, vətənpərvər mətbuat təmsilçisi yeni Qanun layihəsini dəstəkləyir və böyük ümidlər bəsləyir”,-deyə o vurğulayıb.

Teqlər: