Bu gün media mühitində başlıca problemlərdən biri də informasiya kirliliyidir və buna qarşı mübarizə aparmaq labüddür.
Bunu AzerTimes-a agentliyin Xarici Layihələr Direksiyasının rəhbəri Rufiz Hafizoğlu deyib.
O qeyd edib ki, informasiya kirliliyi anlayışı bütün dünyada mövcuddur və bu, KİV-in əsas problemlərindən biridir.
“İnformasiya kirliliyinin nə dərəcədə ciddi təhlükə olduğunu biz keçən il 44 günlük Vətən müharibəsi zamanı gördük”, – deyə R.Hafizoğlu qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda jurnalistikanın daha professionallaşmasına ciddi ehtiyac var.
“Təəssüf ki, bu gün jurnalistika anlamı tamamən təhrif olunmuş bir vəziyyətdədir, hesab edirəm ki, “Media haqqında” Qanun layihəsi Azərbaycan jurnalistikasının professionallaşmasına ciddi təkan verəcək”, – deyə o qeyd edib.