Azərbaycan Medianın İnkişafı Agentliyi çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində 2022-ci ilin ikinci yarısı üçün elan edilmiş müsabiqənin nəticələrini açıqlayıb.
AzerTimes nəticələri təqdim edir.
Qeyd edək ki, layihə çərçivəsində həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5 000 manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15 000 manat məbləğində maliyyə yardımı göstərilir.