4 avqust tarixində Sabunçu Rayon Prokurorluğunda faktla bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.
Bu sözləri AzerTimes-a “Medera Hospital”ın plastik cərrahı Günel Bayramlının klinikanın Aygün Abbasova adlı əməkdaşını əməliyyat etməsi və xəstənin əməliyyatdan sonra vəfatı haqqında aparılan araşdırmalar haqqında açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin əməkdaşı Əbdülsəməd Əzizli deyib.
Qeyd edək ki, bir müddət öncə “Medera Hospital”ın Aygün Abbasova adlı əməkdaşı elə həmin klinikanın həkimi Günel Bayramlıya bədənşəkilləndirmə əməliyyatı etdirib. Əməliyyatdan sonra xanım özünü narahat hiss etdiyini bildirsə də, həkim buna əhəmiyyət verməyib və onu evə buraxıb.
Evdə halı daha da pisləşən Aygün tromplaşmadan dünyasını dəyişib.