“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “Mədəniyyət Ordusu” yaradıcılıq müsabiqəsi başa çatıb.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, münsiflər heyətinin qərarına əsasən Azərbaycanı təmsil edən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının kollektivi 17 ölkə arasında vokal ustalığında solo ifada 3-cü, xoreoqrafik duet rəqsində 2-ci, qrup rəqsində isə 3-cü yerə layiq görülüb.
Bundan əlavə, Azərbaycan təmsilçiləri Alabino hərbi poliqonunda “Dostluq Evi”ndə 21 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən sərgidə 3-cü yerdə qərarlaşıblar.