Mədəniyyət Nazirliyinin aparat rəhbəri işdən çıxıb

Xəbər - Çingiz Səfərli – Trend:

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə öz ərizəsi ilə işdən ayrılıb.

AzerTimes xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.

V.Eyvazzadə fəaliyyətini digər istiqamətlərdə fərqli statusda davam etdirəcəyini açıqlayıb.

“Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının rəhbəri olaraq komandamızla birlikdə ölkəmizdə yaradıcılıq, innovasiya və texnologiyaların uzlaşdığı bir sahənin-yaradıcı sənayelərin real inkişafına, həmçinin ölkəmizin yumşaq güc siyasətinin beynəlxalq müstəvidə həyata keçməsinə müxtəlif platformalar vasitəsilə dəstək olmağa davam edəcəyik”, – deyə V.Eyvazzadə bildirib.

Teqlər: