Mədəniyyət nazirinin müavini həbs edildi

Mədəniyyət nazirinin müavini həbs edildi

Dövlət Təhlükəsizlik Xidməti “korrupsiya” silsiləli əməliyyatlarını davam etdirir.

Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilməkdədir.

DTX İctimai əlaqələr şöbəsindən daxil olan məlumatda qeyd edilir ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə hüquqi ölçü götürüləcək.

Mədəniyyət naziri Əbülfəs Qarayevin müavini Rafiq Bayramov saxlanılıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov da həbs edilib.