Mədəniyyət naziri Anar Kərimov ABŞ-a rəsmi səfərə gedib (FOTO)

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə
heyəti ABŞ-a rəsmi səfərə yollanıb.

Nazirlikdən Trend- bildirilib ki, səfərin ilk günü Anar Kərimov
Vaşinqtonda yerləşən ABŞ Konqresi Kitabxanasının Yaxın Şərq
şöbəsinin rəhbəri Coan Viks ilə görüşüb.

Kitabxana ilə yaxından tanış olmaq məqsədilə gəzinti baş
tutduqdan sonra bir sıra görüşlər keçirilib. Eləcə də zəngin və
rəngarəng Azərbaycan tarixi və mədəniyyətindən bəhs edən bir sıra
kitablar Konqres Kitabxanasının Afrika və Orta Şərq ölkələri
bölməsinin rəhbəri Lanisa Kiçinerə hədiyyə olunub.

Həmçinin nümayəndə heyətinə kitabxananın Azərbaycan tarixi və
mədəniyyəti güşəsi barədə ətraflı məlumat verilib. Burada ölkəmizlə
bağlı gerçəkləşən araşdırmalar barədə informasiya təqdim
olunub.

Mujgan Nazimova Kitabxananın Azərbaycan kolleksiyası və
kataloqları ilə bağlı təqdimatla çıxış edib.

Geniş və maraqlı təqdimatlar üçün kitabxananın rəhbərliyinə və
əməkdaşlarına təşəkkürünü bildirən A. Kərimov bundan sonra da sıx
əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, proqram üzrə bu qəbildən olan görüşlərin
keçirilməsi planlaşdırılır. Həmçinin Azərbaycan Mədəniyyəti gecəsi
çərçivəsində caz konsert də baş tutacaq.

Teqlər: