Martın 1-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi yanında İctimai Şura Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə tabe müəssisələr üzrə ictimai dinləmə keçirib.
AzerTimes xəbər verir ki, Baş İdarənin tabeliyindəki müəssisələrin 300-dən çox nümayəndəsinin, İctimai Şura ekspertlərinin, fəxri qonaqların iştirak etdiyi tədbir şəhidlərin xatirəsinə sayğı duruşu ilə başlayıb.
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini Əkbər Qoşalı giriş nitqi ilə çıxış edərək ictimai dinləmənin keçirilməsinin məqsədləri barədə danışıb.
İctimai dinləmədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev hesabat məruzəsi ilə çıxış edərək görülən işlər barədə geniş məlumat verib.
Tədbirdə iştirak edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa, Mədəniyyət Komitəsinin üzvləri – Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri, akademik Nizami Cəfərov, Əməkdar rəssam Ülviyyə Həmzəyeva, İctimai Şuranın sədr müavini Vüqar Qədirov öz çıxışlarında mədəniyyəti fundamental kateqoriya olaraq şərh edib, ictima dinləmənin, dövlət-vətəndaş cəmiyyəti institutları əməkdaşlığının önəminə vurğu ediblər.
Bakı Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan, Gülarə Əliyeva adına 3 saylı Uşaq İncəsənət Məktəbinin direktoru Elvina Əhmədova, “Cəngi” Estrada Folklor Ansamblının bədii rəhbəri, Xalq artisti Mircavad Cəfərov, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru Ziyavər Əhmədova, Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Vəfa Quliyeva, Mərdəkan Mədəniyyət Sarayının direktoru Cavid Şahbazbəyli, Cəlil Məmmədquluzadənin Ev Muzeyinin direktoru Pərixanım Mahmudova, “Bakı” Rəsm Qalareyasının direktoru Eldəniz Babayev, “HüsnArt” Sənət Mərkəzinin rəhbəri, xalq rəssamı Arif Hüseynov, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın katibi Nihad Allahyarlı, İctimai Şuranın üzvləri – Samirə Mustafayeva, Ülviyyə Bəbirova, Adilə Nəzər, Xanoğlan Əhmədov və b. çıxışlarında həllivacib problemlərə toxunaraq, ictimai dinləmə ilə bağlı öz təəssüratlarını bölüşüblər və mədəniyyətimizin inkişafı istiqamətində görülməli işlərdən danışıblar.
Hesabat yığıncağında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin fəaliyyət istiqamətləri, gələcəkdə icra olunacaq layihələr və digər məsələlər barədə də müzakirələr aparılıb.