Mədəndə metan qazının yayılması partlayışla nəticələnib.
AzerTimes xəbər verib ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, havanın müəyyən miqdarda metan qazı ilə qarışığı partlayış effekti yaradır:
“Əvvəlcə zəhərli maddə yaranır. Həmin maddə müəyyən bir sıxlığa çatdıqda isə partlayıcıya çevrilir”.
Nazirin sözlərinə görə, partlayış üçün minimum 12 faiz oksigen tələb olunur.