Xəbər - Humay Ağacanova – Trend:
Əksər insanlar sosial qınaq səbəbindən bariatik əməliyyata (mədəkiçiltmə) üz tuturlar.
Trend xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin əməkdaşı, həkim Taryel Ömərov deyib.
O qeyd edib ki, Azərbaycanda çox sayda insan artıq çəkidən əziyyət çəkir.
“Mədəkiçiltmə əməliyyatı edənlərin əksəriyyəti sosial qınaq səbəbindən bunu edirlər. Ona görə də bu cür əməliyyata hazırlaşan şəxslərin psixoloqa müraciət etməsi tövsiyə olunur”-deyə o qeyd edib.