Britaniyalı üzgüçü Brent Hayden 2012-ci il Olimpiadasında qazandığı bürünc medalın keyfiyyəti ilə 2024-cü il Oyunlarının bürünc medalının keyfiyyətini müqayisə edib.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bundan əvvəl Parisdə keçirilən Olimpiya Oyunlarında 3-cü yeri tutan amerikalı konkisürən Nayca Hyuston medalının keyfiyyətini tənqid edib. O, 10 gün əvvəl qazandığı bürüncün əhəmiyyətli dərəcədə aşınmaya məruz qaldığını bildirib.
“Naycanın bir həftə əvvəl qazandığı bürünc medalını mənim 12 yaşlı London-2012 bürünc medalımla müqayisə etsək, bu (aşınma) baş verməməlidir. Bu biabırçılıqdır və bununla məşğul olmaq lazımdır”, – Hayden sosial şəbəkədə yazıb.