Məcburi köçkünlərin məskunlaşdığı tikili yanıb, 2 nəfər xəsarət alıb

Abşeron rayonunda ümumi sahəsi 200 kv.m olan məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli tikilidə sahəsi 35 kv.m olan iki otağın yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.


Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: