İranda nüfuzlu qurumlardan olan Qadın Araşdırmaları və Tədqiqat İnstitutu Prezident Məsud Pezeşkiana müraciət edərək məcburi hicab qaydalarının tətbiqi ilə bağlı parlamentə göndərilən qanun layihəsini geri qaytarmağı istəyib.
AzerTimes xəbər verir ki, bu barədə adı çəkilən qurumun media hesabında yazılıb.
Qurum məcburi hicab qanun layihəsinin sosial təhlükəsizliyi, qadınların hüquqlarını zəiflədəcəyi və qadınlara qarşı cəzaların artacağına səbəb olacağı barədə xəbərdarlıq edib.
“Bu qanun layihəsi sizin bütün vətəndaşlara qarşı ədalətli və insaflı davranılacağı barədə vədlərinizə ziddir”, – müraciətdə bildirilib.