Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalar proqnozu üstələyib – Nazir

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müsbət dinamika davam edir.

AzerTimes-ın məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. O, qeyd edib ki, 2021-ci ilin 4 ayında bu sığorta haqları üzrə daxilolmaların icrası proqnozlara nisbətən müvafiq olaraq 112,6% və 111,4% təşkil edib.

Büdcəyə hər iki sığorta haqları üzrə toplam 140,4 mln. manat artıq vəsait daxil olub.


Teqlər: