Məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda qeyri-büdcə təşkilatlarının payı artıb – Nazir

2021-ci ilin 1-ci rübündə məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda qeyri-büdcə təşkilatlarının payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8% artıb.

AzerTimes-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter səhifəsində yazıb.


Nazir bildirib ki, həmin təşkilatların ümumi daxilolmalarda xüsusi çəkisi 61% təşkil edib və ötən ilin müvafiq dövründən 2,2% çoxdur.

Teqlər: