MDU-nun voleybol komandası şəhər turnirinin qalibi olub (FOTO)

2022-ci ilin 2-3 mart tarixlarində Mingəçevir Dövlət
Universiteti (MDU) və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin
təşkilatçılığı ilə 5 Mart- Bədən Tərbiyəsi və İdman Gününə həsr
edilmiş təhsil müəssisələri arasında voleybol üzrə şəhər turniri
keçirilib.

Universitetin İdman-sağlamlıq kompleksində baş tutan turnirdə
MDU, Mingəçevir Turizm Kollecinin tələbələri, Mingəçevir şəhər
Uşaq-Gənclər İdman Şahmat Məktəbi və Mingəçevir şəhər 14 saylı tam
orta məktəbin şagirdlərindən ibarət komandalar mübarizə aparıblar.
Şəhər turnirini qalibiyyətlə başa vuran MDU komandasının üzvləri
kubok və diplomlarla mükafatlandırılıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq
Sərəncamına əsasən hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və
İdman Günü kimi qeyd olunur. Gənclərin hərtərəfli inkişafını diqqət
mərkəzində saxlayan MDU-da tələbələrin asudə vaxtlarının səmərəli
təşkili və sağlam həyat tərzinin təmin edilməsi məqsədilə müvafiq
tədbirlərin keçirilməsinə, o cümlədən şəhər və ətraf rayonlarda
təşkil olunan müxtəlif formatlı idman yarışlarında iştiraka xüsusi
önəm verilir.

Teqlər: