MDU əməkdaşları turizmlə bağlı “Təlimçilər üçün təlim” proqramında iştirak ediblər (FOTO)

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat
kafedrasının əməkdaşları Cəlil Bağırov və Səadət Yusibova Dövlət
Turizm Agentliyinin (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB)
regional ofisi Gəncə Destinasiya Menecmenti Təşkilatının (Gəncə
DMT) təşkilatçılığı ilə keçirilən dörd günlük “Təlimçilər üçün
təlim” proqramında iştirak ediblər.

Mayın 22-də başa çatmış təlim proqramı çərçivəsində
iştirakçılara ehtiyacların müəyyən edilməsi və təlim mövzularının
strukturunun hazırlanması metodları, təlim texnologiyaları, təlimin
dizaynı, təlimdən əvvəl və sonrakı qiymətləndirmə və digər modullar
barədə məlumatlar verilib.

Diqqətə çatdırılıb ki, təlim proqramı turizm sənayesində
çalışanların maarifləndirilməsi üçün yerli mütəxəssislərdən ibarət
ekspertlər şəbəkəsinin yaradılması məqsədi daşıyır. Bildirilib ki,
“Yerli Ekspertlər Şəbəkəsi” Gəncə DMT tərəfindən kooridinasiya
ediləcək. Yerli təlimçilər turizm sənayesinin ehtiyaclarına uyğun
olaraq beynəlxalq standartlar səviyyəsində xüsusi təlim
kurslarından keçərək, əsas iş yerlərindən ayrılmadan, ödənişli
əsaslarla təlimlər verəcək.

Sonda hər bir iştirakçının seçdiyi mövzuda təqdimatları
dinlənilib və müvafiq qiymətləndirilmə aparılıb. MDU-nun hər iki
əməkdaşı təlimi uğurla başa vurub.

Teqlər: