2022-ci ilin 5 mart tarixində Mingəçevir Dövlət Universitetində
(MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə tələbələrin
müasir rəqəmsal media bacarıqlarının artırılması üçün silsilə
təlimlərə start verilib.
MDU-nun tələbə və magistrantlarının iştirakı ilə baş tutan ilk
təlim günündə universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin
mütəxəssisi Müşfiq Hüseynov “Rəqəmsal media bacarıqlarının
artırılması, ilkin anlayışlar” mövzusunda təqdimatla çıxış
edib.
Təqdimatda rəqəmsal media bacarıqlarına yiyələnməyin zəruriliyi
və əhəmiyyəti diqqətə çatdırılıb, kommunikasiyanın növləri və əsas
anlayışları, psixoloji və sosioloji aspektləri barədə ətraflı
məlumat verilib.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Proqrama uyğun olaraq, təlimlərin növbəti aylarda da davam
etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində
saxlayan MDU-da tələbələrin əlavə bilik və bacarıqlarının
artırılmasına hədəflənən müvafiq təlimlərin keçirilməsinə xüsusi
önəm verilir. Bu baxımdan MDU-da yeni yaradılan Karyera və İnkişaf
Mərkəzinin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.