2022-ci ilin 16 mart tarixində Mingəçevir Dövlət Universitetində
(MDU) “Effektiv elmi təqdimat” mövzusunda elmi-praktiki seminar
təşkil olunub. Türkiyənin Qazi Universitetinin MDU-da fəaliyyət
göstərən professoru Ercan Yılmaz tərəfindən keçirilən seminarda
universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və
magistrantlar iştirak ediblər. Seminara MDU-nun Elm və
innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev
moderatorluq edib.
Tədbirdə giriş sözü ilə çıxış edən MDU-nun elmi işlər üzrə
prorektor əvəzi, professor Veysəl Əyyubov akademik heyət üzvləri və
gənc tədqiqatçılar üçün elmi təqdimat bacarıqlarının önəmindən bəhs
edib və seminarın əhəmiyyətini vurğulayıb.
Sonra, professor E.Yılmazın “Effektiv elmi təqdimat” mövzusunda
məruzəsi dinlənilib. Professor mövzunun qavranılmasında təqdimatın
effektivliyinin böyük rol oynadığını bildirib, elmi mövzularda
təqdimatların hazırlanması və diqqətə çatdırılması üçün nəzərə
alınması vacib hesab edilən amillərdən bəhs edib.
İştirakçılar tərəfindən maraqla qarşılanan seminarda mövzu
ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, professor E.Yılmaz Qazi Universiteti ilə yaradılan
işbirliyi çərçivəsində cari tədris ilindən etibarən MDU-nun
Mühəndislik fakültəsində elmi-pedaqoji fəaliyyətini davam
etdirir.