Mingəçevir Dövlət Universitetinin (MDU) Kitabxanasında 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş sərgi-stend təşkil olunub.
Sərgi-stenddə 20 yanvar hadisələrinin dəhşətli faktlarını özündə əks etdirən kitablar və qəzet materialları yer alıb. 1990-cı ilin qanlı yanvar gecəsi Azərbaycan xalqına qarşı törədilmiş genosid aktının acı həqiqətlərindən bəhs edən sərgi-stend tələbə, magistrant və gənc əməkdaşların müasir tariximizin eyni zamanda həm faciəvi, həm də qəhrəmanlıq səlnaməsi haqqında maarifləndirilməsi məqsədi daşıyır.
Tələbə gənclərin Azərbaycan tarixini yaxşı bilmələri və onların vətənpərvərlik ruhunda tərbiyə olunması MDU-da daim diqqət mərkəzində saxlanılır.
Qeyd edək ki, sərgi-stend Azərbaycan Respublikasının təhsil nazirinin müvafiq əmri ilə təsdiq olunmuş Tədbirlər Planı çərçivəsində təşkil olunub.