MDB XİN Şurasının növbəti iclası bu şəhərdə keçiriləcək

MDB XİN Şurasının növbəti iclası bu şəhərdə keçiriləcək

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası oktyabrın 7-də Moskvada keçiriləcək.

AzerTimes xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasında deyib.

Onun sözlərinə görə, məhdud tərkibdə keçirilən görüşdə 2024-cü il oktyabrın 7-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasını keçirmək barədə qərar qəbul olunub.

Lebedev bildirib ki, nümayəndə heyətlərinin rəhbərləri məhdud tərkibli görüşün əsas hissəsini beynəlxalq gündəliyin aktual məsələləri və Birlik çərçivəsində qarşılıqlı fəaliyyətə dair açıq fikir mübadiləsi üçün istifadə ediblər.

Teqlər: