MDB PA müşahidəçiləri növbədənkənar seçkini izləyəcək

MDB PA müşahidəçiləri növbədənkənar seçkini izləyəcək

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) müşahidəçiləri Azərbaycanda 2024-cü il sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkini izləyəcəklər.

AzerTimes xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.

Məlumata görə, Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkisini izləyəcək MDB PA-dan olan müşahidəçilər qrupuna Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçov rəhbərlik edəcək.

Onun namizədliyi MDB PA Şurasının iclasında Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko tərəfindən təklif edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçki təyin edilib.

Teqlər: