Azərbaycan karateçisi Ramil Baxşəliyev MDB ölkələrinin Belarusda keçirilən II Oyunlarında Azərbaycana səkkizinci qızılı gətirib.
AzerTimes xəbər verir ki, 60 kq çəki dərəcəsində Baxşəliyev üç rəqibinə qalib gələrək 1-ci yeri tutub.
Hazırda oyunlarda Azərbaycanın aktivində 8 qızıl, 13 gümüş və 29 bürünc var. 22 ölkə arasında komanda hesabında Rusiya, Belarus və Özbəkistandan geri qalaraq 4-cü yeri tuturuq.