Moskvada Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun sədrliyi ilə Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının iclası keçiriləcək.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AzerTimes-a bildiriblər ki, Şuranın 102-ci iclası iyunun 21-də keçiriləcək. Birlik ölkələrinin nümayəndə heyətlərinin başçıları iştirakçı dövlətlərin iqtisadi əməkdaşlığının müxtəlif sahələrini əhatə edən məsələləri müzakirə edəcəklər.