MDB Əliyevi qalib kimi qarşıladı, Nikol isə… – Video

MDB Əliyevi qalib kimi qarşıladı, Nikol isə… – Video

Gözlənildiyi kimi, Paşinyan Putinin yanına qonaq getdi. Əvvəlcə, Aİİ çərçivəsində sammit başladı və Nikol “Aİİ iqtisadi birlikdir, onun siyasi və geosiyasi gündəmi olmamalıdı”, – deyə çıxış etdi. O, bunu Qərb tərəfdaşlarının yanında özünə bəraət qazandırmaq üçün etdi.

AzerTimes xəbər verir ki, bunu erməni analitik Ruben Marqaryan deyib.

O bildirib ki, Aİİ iclasından sonra Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü başladı:

“Əliyevi zəfər qazanmış adam kimi mehribanlıqla qarşıladılar. Nə yaxşı ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Azərbaycana son səfəri zamanı etdiyi kimi, Paşinyanın yanında Əliyevi Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etməyə başlamadılar.

Belə də ki, Paşinyanın özü Əliyevi kifayət qədər səmimi qarşılayıbsa, MDB ölkələrinin digər liderləri Əliyevi niyə səmimi salamlamasınlar ki?! Hamı buna diqqət yetirsə də, heç kim təəccüblənmədi. Əgər yaxın vaxtlara qədər onları bir-birindən ayıran problem, yəni “artsax” artıq mövcud deyilsə, niyə Azərbaycan və Ermənistan liderləri əl sıxışmasın? Peskovun da dediyi kimi, Əliyev və Paşinyan müharibə edən tərəf deyillər, onlar sülh danışıqlarını yekunlaşdırmağa, vahid sənədə, sülh müqaviləsinə nail olmağa tam hazır olduqlarını bəyan ediblər. Paşinyanın mətbuat katibi Baqdasaryan da təsdiqləyib ki, Paşinyan və Əliyev sülh müqaviləsi məsələsini tədbirdə vasitəçisiz müzakirə ediblər. İlk baxışdan qəribə görünür. Axı Əliyevlə Paşinyan arasında əvvəlki razılaşma, yəni üçtərəfli bəyanat Rusiya tərəfinin birbaşa iştirakı ilə bağlanıb. İndi Moskva sülh müqaviləsi üzərində işdə kömək edəcəyini vəd etsə də, prosesdən bir qədər uzaqlaşır. Görünür, bu, erməni tərəfi üçün pis əlamətdir. Ehtimal etmək olar ki, İrəvanla Bakı arasında artıq razılaşdırılmış sülh müqaviləsinin mətni erməni tərəfi üçün o qədər pisdir ki, Moskva yenidən Rusiyaya “xəyanətdə” ittiham olunmamaq üçün özünü vasitəçi elan etmək niyyətində deyil. Moskva başa düşür ki, İrəvanla Bakı arasında hazırlanan sülh müqaviləsi Azərbaycanın “son təcavüzündən” sonra ortaya çıxan reallıqların İrəvanın qəbul etməsindən başqa bir şey olmayacaq”, – o bildirib.

Teqlər: