MDB dövlət başçılarının sammiti bu tarixdə keçiriləcək

MDB dövlət başçılarının sammiti bu tarixdə keçiriləcək

MDB dövlət başçılarının sammiti oktyabrın 10-da Düşənbədə keçiriləcək.

AzerTimes xəbər verir ki, bunu MDB-nin Baş katibi Sergey Lebedev deyib.

“Tacikistanın MDB-də sədrliyi çərçivəsində yekun və mühüm tədbirlər oktyabrın 10-da Düşənbədə baş tutacaq. Bu, MDB-yə üzv dövlətlərin dövlət başçılarının sammitidir”, – Lebedev bildirib.

Onun sözlərinə görə, sammitdən əvvəl qurumun Xarici İşlər Nazirləri Şurası keçiriləcək.

Teqlər: