MDB baş nazirləri 28 mayda Minskdə infeksiyalara qarşı mübarizə planı imzalayacaqlar

Müstəqil Dövlətlər Birliyi ölkələrinin baş nazirləri 28 may tarixində Minskdə keçiriləcək iclasda yoluxucu xəstəliklərə qarşı birgə fəaliyyət planını və saxta ticarət markalarının istifadəsinin qarşısının alınması ilə bağlı bir sıra razılaşmalar imzalayacaqlar.

AzerTimes-ın xəbər verir ki, bu barədə Rusiyanın nazirlər kabineti məlumat verib.


Məlumatda deyilir: “Hökumət başçıları epidemiyaların inkişafının qarşısının alınmasına və üzv dövlətlərinin infeksiyalarla mübarizə və profilaktika sahələrində potensiallarının artırılmasına yönəlmiş yoluxucu xəstəliklərin yayılmasına qarşı orta dövr üçün birgə fəaliyyət planı qəbul edəcəklər”.

Teqlər: