Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe klubdakı gələcəyi ilə bağlı qəti qərar verib.
AzerTimes xəbər verir ki, bu barədə “Parisien” nəşri məlumat yayıb.
Məlumata görə, hücumçu komandada qalmağı və bu yay heç yerə getməməyə qəarr verib. Hətta onun klubun prezidenti Nasir Əl-Xəlaifi ilə görüşdüyü bildirilib.
Qeyd edək ki, İspaniyanın “Real Madrid” klubu Mbappeni öz heyətinə qatmaq üçün çalışırdı.