Fransa millisinin yeni kapitanı müəyyənləşib.
AzerTimes xəbər verir ki, komandanın baş məşqçisi Didye Deşam sarğını Kilian Mbappeyə həvalə edib. Antuan Qrizmann vitse-kapitan seçilib.
Millinin öncəki kapitanı Uqo Lyoris yığma karyerasını başa vurub.
24 yaşlı Mbappe Fransa millisinin heyətində keçirdiyi 66 oyunda 36 qol vurub, 23 məhsuldar ötürmə verib.