

Fransa millisinin hücumçusu Kilian Mbappe UEFA Millətlər Liqasının üçüncü yer uğrunda Almaniya yığması ilə görüşündə ən yaxşı oyunçu seçilib.
AzerTimes xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.
26 yaşlı forvard görüşdə qol vurub və məhsuldar ötürmə edib.
Qeyd edək ki, Fransa komandası Almaniyanı 2:0 hesabı ilə məğlub edərək, turnirin bürünc medallarını qazanıb.