MB bu banka icrası məcburi sərəncam verdi

MB bu banka icrası məcburi sərəncam verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan Sənaye Bankı ASC-yə daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verib.

AMB-dən AzerTimes-a verilən məlumata görə, bu addım məcmu halda likvidliyin örtülmə əmsalının düzgün hesablanmaması nəticəsində fevralın sonuna AMB-yə təqdim edilmiş hesabatda qurumun “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nın 7.2-ci bəndi ilə müəyyən edilmiş həddən yuxarı saxlanması tələbi təmin edilmədiyinə görə “Banklar haqqında” qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq atılıb.

Sözügedən pozuntu bankın maliyyə dayanıqlığı üçün təhdid yaratmır.

Teqlər: