Mazandaranda güclü partlayış: ölənlər var

Mazandaranda güclü partlayış: ölənlər var

İranın Mazandaran əyalətinin Babol şəhərində müəssisələrdən birində baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb, daha 3-ü yaralanıb.

AzerTimes İRNA-ya istinadən xəbər verir ki, partlayışa səbəb kimi təhlükəsizlik qaydalarına riayət edilməməsi göstərilir.

Bütün yaralılar xəstəxanalara yerləşdirilib.

Partlayışdan sonra yaranan yanğın müəssisənin təxminən yarısını məhv edib. Hazırda yanğının söndürülməsinə çalışılır.

Teqlər: