“Maykrosoft” şirkəti yanvarın 10-dan etibarən “Vindovs 8.1” əməliyyat sistemini dəstəkləməyi dayandıracaq.
AzerTimes xəbər verir ki, bu barədə şirkət rəsmi saytında məlumat yayıb.
Bildirilir ki, sözügedən tarixdən etibarən “Vindovs 8.1” əməliyyat sistemi texniki yardım və proqram təminatı yenilənməsi ilə təmin olunmayacaq.