Mayın 8-i və 16-da avtobuslar işləyəcək? – BNA-dan cavab

Xəbər - Samir Əli – Trend:

Mayın 8-i və 16-da Bakıda ictimai nəqliyyat fəaliyyətini davam etdirəcək.

Bunu AzerTimes-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, mayın 8-i şənbə, 16-sı isə bazar günü olmasına baxmayaraq, Nazirlər Kabinetinin qərarı ilə həmin günlər rəsmi iş günü elan edilib. Ona görə də, həmin günlərdə Bakıda ictimai nəqliyyat işləyəcək, marşrut avtobusları normal qrafiklə hərəkət edəcək.

M.Ağayev bildirib ki, bayram günləri isə, yəni mayın 9-u saat 00:00-dan mayın 16-sı saat 06:00-dək Bakıda ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Teqlər: