Taxıl Təşəbbüsü ilə bağlı müzakirələr davam edir və mayın 18-də razılaşma əldə olunması gözlənilir.
AzerTimes xəbər verir ki, bu sözləri BMT baş katibinin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında deyib.
“Ümid edirik ki, Qara Dəniz Taxıl Təşəbbüsünün davam etdirmək üçün bütün tərəflər üzərinə düşən öhdəlikləri yerinə yetirəcək”, – deyə o bildirib.