Bu gündən mayın 16-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək.
AzerTimes-ın məlumatına görə, Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib.
Qeyd edək ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, Azərbaycanda iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə bu ilin 11 və 12 may iş günləri ilə 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.
Mayın 9-u İkinci Dünya müharibəsində faşizm üzərində qələbə günü bazar gününə düşdüyü üçün müvafiq qanunvericiliyə görə, mayın 10-u qeyri-iş günü idi.
Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.
Qeyri-iş günlərində ictimai nəqliyyat işləməyəcək.