Biz inanırıq ki, Almatıda danışıqlar zamanı Azərbaycanla öhdəliklərimizi müzakirə etmək və onları yazılı şəkildə qeyd etmək imkanı olacaq.
AzerTimes xəbər verir ki, bunu Ermənistan xarici ilər naziri Ararat Mirzoyan macarıstanlı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.
O, danışıqların “irəli addım” olacağına, “hər iki tərəfin öz öhdəliklərinə sadiq qalacağına”, işçi qrupların Ermənistan və Azərbaycan üçün vacib olan məsələlərin təfərrüatını müzakirə etməyə davam edəcəyinə ümid etdiyini bildirib.
Mirzoyan onu da qeyd edib ki, Ermənistan Almatıdakı danışıqlarda Azərbaycanla iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsini müzakirə etməyi gözləyir.
“İkitərəfli komissiyalar sərhədlərin delimitasiyası ilə bağlı detalların müzakirəsini davam etdirir”.
Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar mayın 10-da Almatıda keçiriləcək.