Mayın 1-dən maska tələbi ləğv edilir

2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində
tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça
maska, respirator və s.) istifadə tələbi ləğv edilir.

AzerTimes-ın məlumatına görə, bu
barədə Nazirlər Kabinetinin qərarında deyilir.

Qərara əsasən koronavirus (COVID-19) infeksiyasının ölkə
ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının
alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi
karantin rejiminin müddəti 2022-ci il 1 iyul saat 06:00-dək
uzadılıb.

2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində
tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça
maska, respirator və s.) istifadə tələbi ləğv edilir.

Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı
ərazisində və Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil
müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter
daşımır və yalnız tövsiyə edilir.

Teqlər: