Maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı – Video

Maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı – Video

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Saatlı rayonunun Mollavəzili kəndində maye qazdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb.

FHN-dən AzerTimes-a verilən məlumata görə, agentliyin müfəttişləri fərdi sahibkar Fikrət Əlibaba oğlu Ağaquliyevə məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparıblar. Yoxlama zamanı maye qazdoldurma məntəqəsində istismar olunan tutumların müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət ölçü cihazlarının, qoruyucu qurğuların yoxlanılmadığı və həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Aşkar olunan nöqsanların yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı dərhal dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Teqlər: