Maydan bəri Şuşada 34 şəxsə aid insan qalıqları aşkarlanıb

Maydan bəri Şuşada 34 şəxsə aid insan qalıqları aşkarlanıb

Əsrlər boyu ermənilər çirkin niyyətlərinə nail olmaq məqsədilə millətçiliyi, qonşu türk xalqına qarşı nifrət ideologiyasını rəhbər tutaraq planlı şəkildə vəhşiliklər törədiblər. Ermənilər mərhələli olaraq Azərbaycanın on minlərlə kvadratkilometr ərazisinin zəbt olunmasına, yüz minlərlə azərbaycanlının doğma torpaqlarından deportasiya olunmasına və zəbt edilən torpaqlarda süni yollarla müxtəlif ərazi vahidlərinin, o cümlədən erməni dövlətinin yaradılmasına nail olublar. Təkcə XX əsrin sonlarında erməni millətçiləri tərəfindən törədilmiş soyqırımı, deportasiya və insanlıq əleyhinə müharibə cinayətləri nəticəsində 20 minə yaxın azərbaycanlı qətlə yetirilib.

AzerTimes xəbər verir ki, bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev jurnalistlərə açıqlamasında söyləyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin meyit qalıqlarının axtarışı prosesinə başlanılıb. May ayından bəri Şuşada aparılan axtarışlar nəticəsində azı 34 şəxsə məxsus insan qalıqlarının aşkar edildiyini deyən E.Tağıyev diqqətə çatdırıb:

“Bu qalıqların Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülərək burada saxlanılan azərbaycanlılara məxsus olması ehtimal edilir. Şuşa həbsxanasında saxlanılan azərbaycanlılara həmin dövrdə amansız işgəncələr verilib, onlar döyülüb, başları kəsilib, qətlə yetirilib və elə burada basdırılıb. Aparılan qazıntı işləri nəticəsində həbsxana ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb. Qalıqların bəziləri tam, bəziləri isə səpələnmiş olaraq tapılıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə insan qalıqlarının axtarışı prosesi davam etdirilir”.

Teqlər: