Xəbər - Elçin Mehdiyev – Trend:
Son onillikdə may ayında havanın orta aylıq temperaturu iqlim normasından 0.5- 3.2 dərəcəyədək yüksək olub. Bu ilin may ayında Bakıda havanın orta aylıq temperaturu 21.2 dərəcəyə yaxın, yəni normadan 3.2 dərəcə yüksək olub.
AzerTimes-ın məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, Bakıda ən yüksək temperatur 2007-ci ilin mayın 29-da 35.5 dərəcə qeydə alınıb.
“2021-ci ilin may ayında Mərkəzi-Aran rayonlarında havanın temperaturu 32-37, dağlarda 22-26, Naxçıvan MR-da 32-37, Bakıda 34.1 dərəcə isti olub.
Ay ərzində düşən yağıntının miqdarı ölkə üzrə qeyri-bərabər paylanaraq bəzi rayonlarda aylıq normadan bir qədər çox olub. Məsələn, Tərtərdə aylıq normanın 183, Qəbələdə 144, Cəfərxanda 133, Balakəndə və Hacıqabulda 123, Bakıda və Abşeron yarımadasında 119, Şəkidə 118, Gəncədə 108, Kiçik Qafqazda 76, Lənkəran-Astara zonasında 53-93 faizini təşkil edib”.