May ayının hava proqnozu açıqlanıb

May ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın,
bəzi bölgələrdə bir qədər yüksək olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən xəbərə
görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, lakin
Böyük Qafqazın bəzi yerlərində bir qədər çox olacağı ehtimal
olunur.

Birinci ongünlüyün birinci yarısında əsasən dağlıq və dağətəyi
rayonlarda hava şəraitinin qeyri-sabit, yağıntılı keçəcəyi
gözlənilir, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq
ərazilərdə qar yağacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq
temperaturunun 18-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu
13-18 dərəcə isti , gündüzlər 20-25 dərəcə isti , bəzi günlərdə
29-34 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı
iqlim normasına yaxın olacağı gözlənilir (norma 18-21 mm).

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq
temperaturunun 17-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu
13-18 dərəcə isti, gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 30-35
dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim
normasına yaxın olacağı gözlənilir (norma 33-62 mm).

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq
temperaturunun 12-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim
norması daxilindədir. Gecələr havanın temperaturu 7-12 dərəcə isti,
gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 22-25 dərəcə isti
olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın
olacağı gözlənilir (norma 68-122 mm).

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında havanın orta aylıq temperaturunun 19-21 dərəcə isti
olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər
yüksəkdir. Gecələr havanın temperaturu 11-16 dərəcə isti, gündüzlər
20-25 dərəcə isti, bəzi günlərdə 29-34 dərəcə isti olacağı
gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı
gözlənilir (norma 31-54 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
havanın orta aylıq temperaturunun 15-19 dərəcə isti olacağı
gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Gecələr havanın temperaturu 11-16 dərəcə isti, gündüzlər 19-24
dərəcə isti, bəzi günlərdə 27-32 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə bir
qədər çox olacağı gözlənilir (norma 26-166 mm).

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq
temperaturunun 19-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu
gecə 14-19 dərəcə isti, gündüzlər 21-26 dərəcə isti, bəzi günlərdə
31-36 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı
iqlim normasına yaxın olacağı gözlənilir (norma 26-62 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın
orta aylıq temperaturunun 16-20 dərəcə isti olacağı gözlənilir ki,
bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın
temperaturu 13-18 dərəcə isti, gündüzlər 19-24 dərəcə isti, bəzi
günlərdə 28-33 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının
miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 41-72
mm).

Teqlər: