Ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi həyata
keçirilir. Yeni seçici siyahılarını may ayının axırına qədər tam
dəqiqləşdirəcəyik.
AzerTimes-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasını sədri
Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, bütün proses qanunvericiliyə uyğun olaraq həyata
keçirilir. Bu mərhələdən sonra qarşıda duran digər vəzifələr həyata
keçiriləcək.