May ayında KOB subyektləri üçün hansı sahəvi görüşlər təşkil olunacaq?

May ayında mikro, kiçik və orta biznes (KOB) subyektləri üçün üzüm, bal, şərab və orqanik məhsulların istehsalına, pandemiya ilə əlaqədar ictimai-iaşə sektorunda mövcud vəziyyətə, sahibkarların mühasibatlıq və hüquq xidmətlərinə çıxışına dair sahəvi, eləcə də biznes subyektlərinin maliyyə xidmətləri, ixracın təşviqi mexanizmləri barədə məlumatlıq səviyyəsinin artırılması üçün maarifləndirici görüşlər təşkil olunacaq.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AzerTimes-a verilən məlumata görə, KOB subyektləri agentliyin təşkilatçılığı ilə keçiriləcək onlayn görüşlərlə bağlı ətraflı məlumatı Agentliyin rəsmi internet səhifəsindən əldə edə bilərlər (https://smb.gov.az/az/events?slug=tedbir).

Sahəvi görüşlərdə aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələrinin iştirakı ilə sahibkarları narahat edən problemlər və onların həlli yolları müzakirə ediləcək, müvafiq sahələr üzrə KOB-ların ehtiyacları və təklifləri öyrəniləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaq. Həmçinin, sahəvi görüşlərdə sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli üçün dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görüləcəkdir.


KOBİA sahibkarları may ayında keçiriləcək sahəvi görüşlərdə aktiv iştirak etməyə dəvət edir. Eyni zamanda sahibkarlar müzakirəsinə ehtiyac duyduqları məsələlərlə bağlı sahəvi görüşlərin keçirilməsi üçün təkliflərini Agentliyə təqdim edə bilərlər ([email protected]).

Teqlər: