Koronavirusa yoluxma hadisələrinin sayının artması səbəbindən Mavrikiy 25 mart tarixinədək beynəlxalq reyslərin qəbulunu dayandırıb.
AzerTimes-ın məlumatına görə, 11-25 mart tarixlərində supermarketlərin, çörək sexlərinin, apteklərin və yanacaqdoldurma məntəqələrinin işləməsinə məhdud şəkildə icazə veriləcək, müştərilər isə növbə ilə xidmət olunacaqlar.
Ölkədə bütün dini və sosial-mədəni tədbirlər təxirə salınıb.