CHP-nin İstanbul üzrə millət vəkili və keçmiş səfir (Türkiyənin ABŞ-dakı keçmiş səfiri – red) cənab Namiq Tanın “Mavi vətən”i “nağıl” çağırışı qəbuledilməz, məsuliyyətsiz və yersiz bir ifadədir. Bu, Türkiyənin milli siyasətinə qarşı Yunanıstanın “tezisləri”ni dəstəkləyən bir yanaşmadır.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.
“Görünür ki, “Mavi vətən”i “ekspansionist siyasət” adlandıran CHP-nin xarici siyasət quruculuğunu “Mavi vətən”i “nağıl” adlandıran başqası əvəzləyib. Milli siyasətimizə qarşı belə bir yanaşma ilə danışan bəzi CHP millət vəkillərinin başqa dövlətlərin Türkiyəyə qarşı işlətdiyi qondarma tezisləri təkrar-təkrar qəbul etmələri siyasi sürüklənmə və məsuliyyətsizlikdir. “Mavi vətən” Türkiyənin ayrılmaz bir parçasıdır.
Yunanıstanın iddialarına bənzər siyasi nağıllar yazanların Egey və Aralıq dənizində Türkiyənin hüquqlarını qorumağı dərhal gündəmə gətirmələri daha sağlam bir addım olardı”, – Ö.Çelik bildirib.