Mauqli açıqladı: Karyeramı bitirdikdən sonra…

Mauqli açıqladı: Karyeramı bitirdikdən sonra…

Məşhur idmançı ilə görüşmək istəyirdim. Antonio Silva da tanınmış döyüşçüdür.

AzerTimes Report-a istinadən xəbər verir ki, bunu karyerasının son görüşünü keçirəcək Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov deyib.

O bildirib ki, rəqibi Antonio Silva hazırda o qədər də güclü idmançı deyil:

“Əvvəl vida döyüşüm üçün başqa idmançıları gətirmək istədik. Amma alınmadı. Bu dəfə Antonio Silvanı gətirə bildik. Tanınmış olsa da, əvvəlki kimi güclü deyil. Ona qalib gəlib karyeramı bitirmək istəyirəm”.

Səmədovun sözlərinə görə, Antonio Silvanı hələ 2011-ci ildə duelə dəvət etmək istəyib:

“Fyodor Yemelyanenkonu məğlub edəndən sonra onu bura dəvət etmək istəyirdim. Amma alınmadı. Qismət indiyə imiş”.

38 yaşlı döyüşçü karyerasını bitirdikdən sonra film sektorunda işini davam etdirəcəyini vurğulayıb: “Vətən” filmi çəkiləcək. Orada da bir rolda yer alacağam. Möhtəşəm layihə olacaq”.

Qeyd edək ki, döyüş gecəsi sentyabrın 10-da Milli Gimnastika Arenasında keçiriləcək.

Teqlər: