“Qarabağ” yeni qapıçısı Mateuş Koxalskini UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunları üçün iştirak ərizəsinə daxil edib.
AzerTimes xəbər verir ki, 24 yaşlı qolkiper Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə görüşlərdə iştirak edə biləcək.
“Köhlən atlar” avqustun 15-də polşalı oyunçu ilə 3+1 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, “Qarabağ” “Dinamo” ilə ilk matçını avqustun 20-də səfərdə, cavab görüşünü isə 28-də Bakıda keçirəcək.